AZ

Vəkil Cavidan Osmanlıya cinayət işi açıldı

Vəkil Cavidan Osmanlıdan edilən şikayətlər əsasında cinayət işi başlanılıb.

Hurriyyet.az APA-ya istinadən xəbər verir ki, vəkil barəsində Pirallahı Rayon Polis İdarəsinə müraciət edilib.

İlkin iddialara görə, o, 10-a yaxın şəxsə işə bərpa etməklə bağlı sənəd hazırlayıb məhkəməyə müraciət edəcəyini bildirərək vəd verib. Lakin vədinə əməl etməyib. O, zərərçəkənlərdən xeyli miqdarda pul alıb, dələduzluq etməkdə şübhəli bilinir.

Zərərçəkənlərin şikayətləri əsasında başlanan cinayət işi üzrə Pirallahı Rayon Polis İdarəsində araşdırma aparılır.

Vəkil Cavidan Osmanlı isə açıqlamasında bu məlumatın həqiqəti əks etdirmədiyini bildirib. O, məsələdən xəbərsiz olduğunu da əlavə edib.

Seçilən
16
25
hurriyyet.az

10Mənbələr