AZ

Georgi Sudakov: “Qarabağ” çox şey etmədi”

“Çətin idi… Böyüməli və başımızı qaldırmalıyıq”.

Msport.az xəbər verir ki, bunu “Benfika”nın futbolçusu Georgi Sudakov UEFA Çempionlar Liqasının Liqa mərhələsində “Qarabağ”a məğlub olduqları oyun barədə danışarkən deyib.

Qarşılaşmada iki məhsuldar ötürmə verən 23 yaşlı ukraynalı yarımmüdafiəçi çox çalışmalı olduqlarını söyləyib: “İlk növbədə təhlil etməli, bu oyun üçün məsuliyyət daşımalı, növbəti görüşlərə baxmalı və çox çalışmalıyıq. İlk hissədə 2:0 hesabı ilə qalib gəlirdik, oyuna nəzarət edirdik. Lakin cərimə zərbəsindən buraxdığımız qoldan sonra oyun dəyişdi. “Qarabağ” çox şey etmədi, amma hər hücumu komandamız üçün təhlükəli oldu və ikinci hissəni zəif keçirdik. Buna rəğmən, irəli getməli və növbəti oyunda daha yaxşı çıxış etməliyik. Mənim üçün bu komandada oynaya bilmək fantastikdir. Xoşbəxtəm, amma bu nəticəyə görə yox”.

Qeyd edək ki, Lissabonda baş tutan “Benfika” – “Qarabağ” görüşü Azərbaycan çempionunun 3:2 hesablı üstünlüyü ilə yekunlaşıb.

Seçilən
27
3
msport.az

10Mənbələr