BAKI, 17 sentyabr. TELEQRAF
Ötən il Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 15,8 milyard manat vergi daxil olub.
Teleqraf xəbər verir ki, bu barədə Dövlət Vergi Xidmətinin 2024-cü il üzrə hesabatında qeyd olunub.
Hesabat ilində məcburi dövlət sosial sığorta üzrə daxilolmalar 5,8 milyard, işsizlikdən sığorta üzrə daxilolmalar 208,1 milyon manat, icbari tibbi sığortadan daxilolmalar isə 1 milyard manat təşkil edib.