AZ

"Necə olacağını bilmirəm, bu məğlubiyyət çox acı verir" - "Benfika"nın futbolçusu

"Benfika"nın futbolçusu Entso Barreneçea ÇL-nin əsas mərhələsinin ilk turunda "Qarabağ"a uduzduqları (2:3) matçı şərh edib.

"Football-plus.az"ın məlumatına görə, müqaviləylə "Aston Villa"ya məxsus olan, icarə əsasında Lissabon təmsilçisinin formasını geyən 24 yaşlı yarımmüdafiəçi üzgün olduqlarını bildirib:
"Çox kədərliyik. 2:0 hesabıyla qalib gəlirdik. Arxayınlaşdıq... Çempionlar Liqasındasansa, bunu etməməlisən. Rahatlaşmalı deyildik... Başqa çarəmiz yoxdu. Şənbə günü keçiriləcək çempionat oyununa hazırlaşmalıyıq. Necə olacağını bilmirəm, bu məğlubiyyət çox acı verir. Qarışımızda uzun yol var. Ən qısa zamanda toparlanmalıyıq".
KƏNAN BAHADIR
Seçilən
49
football-plus.az

1Mənbələr