AZ

Ağdamda borc mübahisəsi davaya çevrildi: Mağaza sahibi müştəriyə xəsarət yetirdi

Demokrat.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Ağdam rayonunda 30 yaşlı kişi həmkəndlisinə xəsarət yetirib. Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə ötən ilin oktyabrın 3-də Ağcabədi-Ağdam avtomobil yolunun 37-ci kilometrliyində, Ağdam rayonu Evoğlu kəndi ərazisindən keçən hissəsində baş verib. 1985-ci il təvəllüdlü Nicat həmin gün təxminən saat 8 radələrində Bəypaşa ilə mübahisə edib. Buna səbəb zərərçəkmişin onun Evoğlu kəndi ərazisində yerləşən “Nicat Market” adlı ərzaq mağazasına olan 570 manat borcunu ödəməməsini irad bildirməsi ilə bağlı olub. Bundan sonra onların aralarında yaranmış mübahisə dava-dalaşa çevrilib. Nicat zərərçəkmişi yumruqla bir dəfə sifət nahiyəsindən vurub. Ona müxtəlif dərəcəli xəsarətlər yetirib. 

Hadisəni törədən Nicatın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.Cinayət işi üzrə izahat verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. 

O bildirib ki, ailə üzvləri ilə birlikdə yaşayır: “Atam 1992-ci ildə sentyabrında Ağdamda gedən döyüşlərdə şəhid olub. Zərərçəkmiş Bəypaşanı tanıyıram. Biz eyni kənddə yaşayırıq. Onunla əvvəllər aramızda hər hansı bir düşmənçilik və ya ədavət olmayıb. Mən Ağdam rayonu, Evoğlu kəndi ərazisində 2023-cü ilin dekabr ayından "Nicat Market" adlı ərzaq mağazasını açaraq işlətdim. Bəypaşa təxminən məlum hadisədən 6 ay əvvəl həyat yoldaşı ilə birlikdə işlətdiyim mağazaya gələrək təxminən 573 manat dəyərində ərzaq aldı və pulunu bir neçə gün sonra ödəyəcəyini bildirdi. Lakin 6 ay ərzində o borcunu ödəmədi”.Təqsirləndirilən şəxs qeyd edib ki, oktyabrın 3-də, saat 08 Evoğlu kəndi ərazisində yerləşən yanacaqdoldurma  məntəqəsində xırda qəpik pullar götürmək üçün avtomobilini saxlayıb: “Həmin ərəfədə Bəypaşada “QAZ 31” markalı avtomobili ilə ora benzin tökməyə gəldi.  Bəypaşaya yaxınlaşaraq borcunu niyə ödəmədiyini söylədim və “ona adam kişi olar”, - deyə bildirdim. Bu zaman Bəypaşa məni nalayiq ifadələrlə təhqir etdi və barmağını sağ gözümə vurdu. Bundan sonra orda Rasim adlı şəxs gələrək məni öz avtomobilimə tərəf apardı. Avtomobilim ilə bir qədər irəli, yəni mağazaya tərəf gedərək saxladım. Mənim arxamca Bəypaşa idarə etdiyi avtomobili ilə gəldi. Mən avtomobildən düşdüm və ona tərəf yaxınlaşanda Bəypaşa da avtomobildən düşdü. Mənim əlimdə bıçaq olub. Bu zaman yumruqla Bəypaşanın sağ gözünə bir dəfə vurdum. Onu yumruqla vurandan sonra yerə yıxıldı. Bu vaxt əlimdən bıçaq yerə düşdü. Məni də həmin vaxt Rasim adlı şəxsə qucaqlayaraq oradan aralaşdırdı. Bundan sonra davamız başa çatdı. Mən də oradan uzaqlaşaraq mağazaya getdim”.Bu cinayət işinə Ağdam Rayon Məhkəməsində baxılıb. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkmişlə barışıb, zərərçəkən ona qarşı olan şikayətini geri götürüb. Bu səbəbdən məhkəmə təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verib. O, cinayət məsuliyyətindən azad edilib. Fariz Məlikli

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
10
1
demokrat.az

2Mənbələr