AZ

Bilik Günü avtomobili məktəbli oğluna verən ata həbs edildi

Ağcabədi rayonunda 15 sentyabr – Bilik Günündə avtomobili məktəbli övladına verən 40 yaşlı şəxs məsuliyyətə cəlb edilib.

News24.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun Qaravəlli kəndində qeydə alınıb.

Kənd sakinləri yeniyetmə oğlanın kənddə avtomobili təhlükəli idarə etməsi barəsində polisə məlumat veriblər. Bununla bağlı olaraq məktəblinin atası V.Kazımov polis şöbəsinə dəvət edilib. Lakin həmin şəxs müqavimət göstərərək səs-küy salıb.

Barəsində inzibati protokol tərtib edilən şəxs saxlanılaraq Ağcabədi Rayon Məhkəməsinə göndərilib.

Məhkəmənin qərarı ilə ataya 8 sutkalıq həbs verilib.

Yaşar Araz


Seçilən
101
1
news24.az

2Mənbələr