Bakı. Trend:
Kiyevdə Avropa Parlamentinin daimi nümayəndəliyi açılacaq.
Trend ölkəninyerli KİV-lərinə istinadən xəbər verir ki, bu barədə AvropaParlamentinin sədri Roberta Metsola açıqlama verib.
“Biz hər gün Ukraynada olmaq, bərabər işləmək məqsədilə AvropaParlamentinin daimi nümayəndəliyini burada, Kiyevdə açırıq”, -Metsola Ukrayna Ali Radasının iclasında deyib.
Qeyd edək ki, sentybarın 17-də Avropa Parlamentinin sədriMetsola Kiyevə rəsmi səfər edib. Avropa Parlamentinin sədriUkraynanın Avropa İttifaqına üzvlüyünü dəstəkləyənsiyasətçilərdəndir və artıq bir neçə ildir ki, bununla bağlıçıxışlar edir.