AZ

Turizm Agentliyi indi də biotualet icarəyə götürür

Dövlət Turizm Agentliyi növbəti tenderini keçirib.

Tribunainfo.az xəbər verir ki, qurum bununla bağlı nəticələri açıqlayıb.

Məlum olub ki, DTA Şəki şəhərində “Slou Fud” beynəlxalq təşkilatının “Terra Madre” qida festivalının yerli versiyasını təşkil edəcək. Bununla bağlı bəzi xidmətlərin satın alınması qərarlaşdırılıb.

Qeyd edilir ki, tenderin qalibi “ADMEDİA.AZ” MMC olub. Şirkətlə bu işlərin görülməsi üçün 187 min 362 manatlıq müqavilə imzalanıb.

Maraqlı məqamlardan biri budur ki, DTA bu tender çərçivəsində 3 ədəd biotualet kabinlərini icarəyə götürəcək.

Bundan başqa, dövlət qurumu festivalda istifadə olunacaq qab-qacağı da icarəyə götürəcək.

Xatırladaq ki, DTA çimərlik mövsümünün başa çatmasına bir gün qalmış Bakıda iki çimərliyin açılışını etmişdi.

Fərda Uğur

Seçilən
6
tribunainfo.az

1Mənbələr