AZ

Qazaxıstan lideri: Vəziyyət getdikcə pisləşir

BAKI, 17 sentyabr. TELEQRAF

“Dünyada vəziyyət getdikcə daha da pisləşir, bəzi siyasətçilər və ekspertlərin “sivilizasiya böhranı” adlandırdıqları son dərəcə mənfi meyillər vüsət alıb”.

Teleqraf xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Astanada keçirilən Dünya Dinləri Liderlərinin Qurultayında deyib.

“Kiplinqin dediyi kimi: Qərb qərbdir, şərq şərqdir, ikisi heç vaxt görüşməyəcək. Zahirən, bəzi iri dövlətlərdə baş verən son hadisələri izləsək, belə bir qənaət doğru görünə bilər”, - dövlət başçısı qeyd edib.

Tokayev vurğulayıb ki, bəzi böyük ölkələrdə ultra-millətçilik və vətənpərvərliyin əməli birləşməsi tendensiyası ciddi narahatlıq doğurur.

“Gözümüzün qabağında baş verən anlayışların dəyişməsi, ilk növbədə, gənclərin diqqətini yayındırır. Digər yandan, bir sıra dövlətlərdə siyasi sabitliyin pozulmasına gətirib çıxaran sağçı mühafizəkar və liberal ideologiyalar arasında toqquşmanın həyəcanverici tendensiyası müşahidə olunur”.

Qazaxıstan prezidenti əlavə edib ki, millətlərarası və dinlərarası harmoniyanı qorumaq, ölkələrin bütün xalqlarına hörmət etmək vacibdir.

Seçilən
53
teleqraf.com

1Mənbələr