AZ

Millinin üzvü meydanda vəfat etdi

ain.az, Fanat saytına istinadən bildirir.

Serbiya millisinin sabiq yarımmüdafiəçisi Deyan Milovanoviç dünyasını dəyişib.

Fanat.Az xəbər verir ki, informasiyanı “Lequipe” yayıb. 

Nəşrin məlumatına görə, 41 yaşlı futbolçu veteranların oyunu zamanı meydanda vəfat edib. 

Belqradda ölkəsinin "Srvena Zvezda" klubunun heyətində meydana çıxan Milovanoviç qol vurduqdan bir neçə dəqiqə sonra huşunu itirib. Tibbi personal onu həyata qaytara bilməyib. Onun infarktdan öldüyü bildirilir.Qeyd edək ki, Deyan Milovanoviç Serbiyanın "Srvena Zvezda", Fransanın "Lans", eləcə də Yunanıstanın "Panionios" klublarında çıxış edib. O, 2006-cı ildə Serbiya çempionatının ən yaxşı oyunçusu seçilib.

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
44
1
fanat.az

2Mənbələr