AZ

Böyük maraqla gözlənilən "Eşref Rüya" bu gün başlayır

Türkiyənin reytinq rekordları qıran serialı "Eşref Rüya" ikinci sezonu ilə bu gün "Kanal D"də tamaşaçı qarşısına çıxacaq.

Musavat.com xəbər verir ki, ilk sezonu ilə tamaşaçıları ovsunlayan "Eşref Rüya" valehedici sevgi hekayəsi, güclü konfliktləri və dərindən yazılmış personajları ilə geri dönməyə hazırlaşır.

Ssenarisini Ethem Özışık və Lokman Maralın yazdığı, rejissorluğunu Uluç Bayraktarın etdiyi "Eşref Rüya"da Eşrefin həbsindən sonra Yetimler ailəsini ələ keçirən Kadirin "Bura mənim şəhərimdir, qaydaları mən qoyuram" deməsi Yetimler ailəsinin gələcəyi ilə bağlı suallar doğurur. Eşrefin yeni nizama necə meydan oxuyacağı və böyük sevgisi Rüya ilə bağlı həqiqətin nə vaxt üzə çıxacağı mövsümün ən böyük maraq yaradan məsələləridir.

Bu mövsüm Eşref və Nisanın yarımçıq qalmış hekayəsi yeni düşmənlər və gözlənilməz ittifaqlarla daha sərt sınaqlarla üzləşəcək.

Könül
Musavat.com

Seçilən
23
musavat.com

1Mənbələr