AZ

Hindistanın şimalında daşqın və torpaq sürüşmələri nəticəsində azı 17 nəfər ölüb

ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 17 sentyabr, AZƏRTAC

Hindistanın şimalındakı Uttarakxand ştatındakı dağlıq Dexradun rayonunda son iki gündə güclü musson yağışları və torpaq sürüşmələri nəticəsində azı 17 nəfər ölüb, 20-dən çox insan itkin düşüb.

AZƏRTAC xəbər verir ki, “The New Indian Express” nəşrinin yazdığına görə, təbii fəlakət Dexradunda nəqliyyat infrastrukturuna ciddi ziyan vurub, evlər və hotellər dağılıb. Güclü sel sularının Rispana və Bindal çayları üzərindəki körpüləri dağıtması fırtınadan zərər çəkənlərə yardım işlərinə mane olur. Bölgədə məktəblər bağlanıb, dövlət idarələrinin fəaliyyəti dayandırılıb.

Xilasetmə əməliyyatları aparmaq və sakinlərə təcili yardım göstərmək üçün Dexradun bölgəsinə təbii fəlakətdən xilasetmə qüvvələri yerləşdirilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
40
2
azertag.az

3Mənbələr