AZ

İnfarkt üçün günün ən təhlükəli vaxtı: Həkim açıqladı

İnfarkt tutmaları ən çox səhər tezdən baş verir.

Publika.az xəbər verir ki, bu barədə həkim və teleaparıcı Aleksandr Myasnikov bildirib.

"Bütün həkimlər bilir ki, səhər tezdən infarkt tutması klassik hadisədir. Biz xəstəxanalarda növbətçi olanda həmişə bilirdik ki, günün ən pis vaxtı səhər saat 3-5 arasıdır. Bu vaxt adətən ağciyər ödemi və bu kimi hallar baş verir. Mən heç bir statistika gətirə bilmərəm, amma həkimlər belə düşünür", - deyə Myasnikov bildirib.

Qeyd edək ki, bundan əvvəl Myasnikov beş il ərzində infarkt və ya insult riskini göstərən əlamətləri sadalamışdı. Onun sözlərinə görə, bunlardan biri də hipertoniya xəstəliyidir.

Seçilən
6
publika.az

1Mənbələr