İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza şəhərində mülki əhalinin təhlükəsiz çıxışı üçün 48 saatlıq xüsusi dəhliz açıldığını elan edib.
News365.az xəbər verir ki, “Reuters” agentliyi məlumatı IDF-in rəsmi açıqlamasına istinadla yayıb.
Agentlik bildirir ki, bu təhlükəsiz dəhliz HƏMAS-a qarşı aparılan əməliyyatlar zamanı şəhərdə qalan mülki sakinlərin təhlükəsiz şəkildə təxliyəsini təmin etmək məqsədilə yaradılıb.
Qeyd edək ki, İsrail ordusu avqustun 20-dən etibarən Qəzza şəhərinə hücumları davam etdirir.