AZ

Məşhur jurnalın baş redaktorunu müharibəyə GÖNDƏRDİLƏR

ain.az bildirir, Modern.az saytına əsaslanaraq.

Rusiyada “Playboy” jurnalının keçmiş baş redaktoru Vladimir Lyaporov Rusiya Müdafiə Nazirliyi ilə müqavilə imzalayıb və Ukraynada vuruşmaq üçün döyüş bölgəsinə gedib.

Modern.az xəbər verir ki. bu barədə “Kommersant” məlumat yayıb.,

O, əvvəllər 50 milyon rubldan çox vəsaitlə külli miqdarda dələduzluqda ittiham olunurdu.

Cinayət işi üzrə icraat dayandırılıb. İri miqyasda dələduzluğa görə maksimum cəza on ilə qədər həbsdir.

Vladimir Lyaporov beş dələduzluq maddəsi ilə ittiham olunur. İş materiallarına görə, o, xarici şirkətlərə sərmayə qoymaq adı ilə biznes ortaqlarından pul oğurlayıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları Lyaporovu 2024-cü ilin noyabrında həbs ediblər. 2025-ci ilin aprelində “Playboy”un keçmiş baş redaktorunun hesablarından təxminən 30 milyon rubl dondurulub. Elə həmin ay o, ittihamlardan biri üzrə özünü təqsirli bilib.

Vladimir Lyaporov 2007-2009-cu illərdə “Playboy”un baş redaktoru vəzifəsində çalışıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
36
3
modern.az

4Mənbələr