“Hamımız həqiqəti bilməyə layiqik. Bu məlumatlar gizlədilməməlidir. Mən siyasi mülahizələrə məhəl qoymadan bu məlumatların yayımlanmasına çağırıram.” Navalnaya öz bəyanatında Rusiya Prezidenti Vladimir Putini ərinin ölümündə birbaşa ittiham edib:
“Vladimir Putin Aleksey Navalnının qətlinə görə məsuliyyət daşıyır. Rusiya kəşfiyyat orqanları qadağan olunmuş kimyəvi və bioloji silahlar hazırlamaqla məşğuldur. Bu, beynəlxalq hüquq normalarına ziddir.” O, tədqiqatı aparan laboratoriyalara nəticələri dərc etmək çağırışı ilə müraciət edib:
“Laboratoriyalardan tələb edirəm ki, əldə etdikləri nəticələri dərhal ictimaiyyətlə bölüşsünlər. Bəzi yüksək səviyyəli səbəblərə görə susmaq yolverilməzdir. Putinlə oynamağı dayandırın. O susduqca, onu dayandırmaq mümkün olmayacaq.” Aleksey Navalnı 2024-cü ilin fevralında Rusiyanın uzaq şimalında yerləşən “qəti rejimli” həbsxanada dünyasını dəyişmişdi. Onun ölümü ilə bağlı rəsmi versiya “təbii səbəblər” göstərilsə də, müxalifət və beynəlxalq ictimaiyyət bu izaha şübhə ilə yanaşır.