AZ

Payızda hansı vitaminlərə daha çox ehtiyacınız var? - AÇIQLAMA

Bakı. Trend:

Payız aylarında havanın soyuması, günəş şüalarının azalması vəorqanizmin dəyişən iqlimə uyğunlaşması vitamin və mineral balansınaxüsusi təsir edir.

Trendxəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi “İnstagram”hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyininmütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov açıqlayıb.

Onun sözlərinə görə, bu dövrdə ən çox ehtiyac duyulanvitaminlərdən biri də C vitaminidir:

“O, immunitet sistemini gücləndirir, soyuqdəymə və qripdənqoruyur. Onu nar, portağal, naringi, kivi, çiyələk, qırmızı bibərvə kələmdən almaq mümkündür. Payızda günəş işığı azaldığı üçün Dvitamini çatışmazlığı daha çox görülür. Bu vitamin sümük və əzələsağlamlığı üçün vacibdir və əsasən yumurta sarısı, balıq növləri vəsüd məhsullarında olur. A vitamini dəri və selikli qişalarınmöhkəmlənməsində, gözlərin sağlam qalmasında əhəmiyyətli rolamalikdir və balqabaq, kök, ispanaq, brokoli kimi tərəvəzlərdə,həmçinin qaraciyərdə mövcuddur. E vitamini isə güclü antioksidantkimi orqanizmi sərbəst radikallardan qoruyur və badam, fındıq,günəbaxan tumu və zeytun yağında çoxdur. B qrupu vitaminləri,xüsusilə B6 və B12, sinir sistemi və enerji mübadiləsi üçünvacibdir və onları tam taxıllar, paxlalılar, yumurta, südməhsulları, balıq və toyuq ətindən almaq olar”.

Mütəxəssis-ekspert bildirib ki, payızda həmçinin sink, dəmir vəmaqnezium kimi minerallara xüsusi ehtiyac duyulur ki, bunlar daimmuniteti gücləndirir.

Məqalədə:
Seçilən
19
8
az.trend.az

10Mənbələr