AZ

Kiçik Mərdəkan qəsrində bərpa işləri aparılır

Dünyaəhəmiyyətli memarlıq abidəsi olan Kiçik Mərdəkan qəsrində bərpa işlərinə başlanılıb.

Publika.az xəbər verir ki, bərpa işləri Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin sifarişi ilə həyata keçirilir. Məqsəd isə abidənin tarixi görkəminin qorunması, uzunömürlülüyünün təmin edilməsi və ziyarətçilərin rahatlığı üçün müvafiq infrastrukturun yaradılmasıdır.

Bərpa zamanı qəsrin təbii təsirlərdən yararsız hala düşmüş daşları çıxarılaraq orijinala uyğun yeniləri ilə əvəz olunur, hörgülərarası birləşmələr xüsusi məhlulla bərpa edilir, müdaxilələr nəticəsində üzərinə müxtəlif yazılar həkk edilmiş hissələr təmizlənir, ilkin səth bərpa olunur, aşınma və nəmə qarşı qoruyucu məhlullar tətbiq olunur.

Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva bərpa işləri ilə yerindəcə tanış olub, görülən işlərlə bağlı tapşırıq və tövsiyələrini verib.

Bərpa işlərinin 2026-cı ilin yanvar ayında başa çatdırılması planlaşdırılır.

Seçilən
13
20
publika.az

10Mənbələr