AZ

“Messi yaxşı formadadır, məncə, DÇ-2026-da iştirak edəcək”

Argentina millisinin və “Tottenhem”in müdafiəçisi Kristian Romero 38 yaşlı hücumçu Lionel Messinin DÇ-2026-da çıxış edib-etməyəcəyi barədə fikirlərini bölüşüb.

Sportinfo.az “Tribal Football”-a istinadən xəbər verir ki, argentinalı futbolçu, həmyerlisinin yaxşı formada olduğunu bildirib:

“Messi yaxşı formadadır, məncə, o, mundialda iştirak edəcək. Amma son qərar tamamilə onun özündən asılıdır.

Komanda onunla oynamağı sevir. Mənim və futboldan anlayan insanlar üçün Messi tarixin ən yaxşı futbolçusudur”.

Argentina millisi hazırda son dünya çempionudur. 2022-ci il mundialının finalında Lionel Skaloninin rəhbərlik etdiyi komanda penaltilər seriyasında Fransa yığmasını məğlub etmişdi.

Seçilən
13
sportinfo.az

1Mənbələr