"Qarabağ"ın futbolçusu Bəhlul Mustafazadə Çempionlar Liqasının liqa mərhələsinin 1-ci turunda “Benfika”ya qarşı keçirilmiş görüş haqda danışıb.
Sportal.az xəbər verir ki, 28 yaşlı futbolçu Ağdam klubunun səfərdə əldə etdiyi uğurlu nəticəni şərh edib:
"Əlbəttə ki, oyundan öncə də ümidliydik. Futbolçularla öz aramızda danışanda, görüş haqda ümidli olduğumuzu bir-birimizə bildirirdik. Amma sona qədər inamımızı qoruduq və sonda da qələbəmizi qazandıq".
- "Benfika” tərəfində matçdan əvvəl böyük hesabla qalib gələcəyini düşünənlər var idi…
- Matçdan əvvəl “Benfika”nın tərəfinin açıqlamalarına baxdığımız zaman bunu hiss edirdik. Futboldur da. Müasir futbolda hər bir komanda digərinə qalib gələ bilir. Bunu göstərdiyimiz üçün çox xoşbəxtik.
saytlarin hazirlanmasi