AZ

Qışda çiyələk, yayda nar? Mövsümdən kənar meyvələrin TƏHLÜKƏLƏRİ

ain.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Əvvəllər meyvə-tərəvəzi yalnız mövsümündə əldə edə bilirdik. Lakin indi texnologiya və idxal imkanları nəticəsində yayda qış, qışda isə yay meyvələrini rahatlıqla tapmaq mümkündür.

Bu isə sual doğurur: payız-qış mövsümündə yay məhsullarının yeyilməsi doğrudurmu və ümumiyyətlə, ən çox edilən qidalanma səhvləri hansılardır?

Redaktor.az xəbər verir ki, mövzu ilə bağlı Səhiyyə Nazirliyinin rəsmi “Instaqram” hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov bildirdi ki, qidalanmada edilən əsas səhvlərdən biri, regionda yetişməyən və mövsümündən kənar meyvələrin tez-tez istifadəsidir:

"Çünki insanın genetik kodu və mədə-bağırsaq sistemi həmin məhsulun tərkibindəki bəzi elementləri tanımaya bilər. Nəticədə həmin qidalar orqanizm tərəfindən allergen kimi qəbul edilə və allergik reaksiyalara səbəb ola bilər. Digər mühüm məqam isə məhsulun yetişmə vaxtıdır. Əgər bir meyvə mövsümündə təbii şəkildə yetişməyibsə, onun qida dəyəri, vitamin və mineral tərkibi mövsümündə yetişənlə müqayisədə daha aşağı olur. Bundan əlavə, bu cür meyvələr çox vaxt müxtəlif dərman vasitələrinin təsirinə məruz qalır. Məsələn, qışda çiyələk yeyərkən, onun nə dadı, nə də keyfiyyəti mövsümündəki kimi olmur. Qidalanma qaydası ilə bağlı əsas prinsip budur: hər şey öz mövsümündə və vaxtında daha faydalı və dadlıdır. Bu qayda həm ümumi qidalanmaya, həm də meyvə-tərəvəz istehlakına aiddir".

Nuriyyə NATİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
24
2
redaktor.az

3Mənbələr