AZ

Payızda yorğunluq və soyuqdəymələrin səbəbi düzgün qidalanmamaqdır - SN

Bakı. Trend:

Vitamin çatışmazlığı (avitaminoz) payızda özünü tez-tezgöstərir. İnsanlar davamlı yorğunluq, yuxululuq, dərinin qurumasıvə dodaqların çatlaması kimi problemlərlə üzləşə bilər. Həmçinin,immunitet zəifləyir, soyuqdəymə halları artır.

Trendxəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi “Instagram”hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyininmütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov açıqlayıb.

Onun sözlərinə görə, saçların tökülməsi, dırnaqlarınkövrəkləşməsi, əhval dəyişiklikləri, depressiya meylləri də payızdavitamin çatışmazlığının digər əlamətlərindəndir:

“Bəzən sümük və əzələlərdə zəiflik hissi də yaranır ki, bu daxüsusilə D vitamini və maqnezium çatışmazlığını göstərə bilər.Düzgün və balanslı qidalanma mövsümi xəstəliklərin qarşısınınalınmasında mühüm rol oynayır. Orqanizm üçün lazımlı vitaminlər,minerallar, zülallar və faydalı yağlar düzgün qəbul edilərsə,immunitet sistemi daha güclü olur və viruslara qarşı müqavimətartır. Rəngli tərəvəz və meyvələrin bol qəbulu orqanizmiantioksidantlarla təmin edir. Paxlalılar və tam taxıllar enerjibalansını qoruyur və bağırsaq mikroflorasını yaxşılaşdırır. Südməhsulları probiyotik təsiri ilə bağırsaq immunitetinimöhkəmləndirir. Balıq və dəniz məhsulları omeqa-3 yağ turşuları iləorqanizmi iltihab proseslərindən qoruyur. Bal, zəncəfil və sarımsaqisə təbii antibiotik kimi xəstəliklərin qarşısında mühüm roloynayır. Məsələn, səhər yeməyində yulaf sıyığına qoz-fındıq və almaəlavə etmək, günorta yeməyində tərəvəz şorbası ilə balıq, axşam isəyaşıl salat və paxlalılar qəbul etmək payız mövsümü üçün idealmenyu sayıla bilər”.

E.Məmmədov qeyd edib ki, payızda düzgün qidalanma vəvitaminlərlə zəngin təbii məhsulların istifadəsi yalnız immunitetigücləndirmir, həm də mövsümi yorğunluğun, soyuqdəymələrin vəvitamin çatışmazlığının qarşısını alır:

“Təbii meyvə-tərəvəzlərin bol olduğu bu fəsildə süni vitaminkomplekslərinə deyil, əsasən təbii qidalara üstünlük vermək dahafaydalıdır. Mövsümdə yetişən meyvə və tərəvəzləri bol istifadəsiçox vacibdir. Yadda saxlayın ki, balanslı qidalanma və aktiv həyattərzi sağlam payızın əsas açarıdır”.

Məqalədə:
Seçilən
0
8
az.trend.az

9Mənbələr