Xəbər verdiyimiz kimi, Sumqayıtda qətl hadisəsi baş verib.
News24.az RTV-yə istinadən xəbər verir ki, hadisə şəhərin Hacı Zeynalabdin qəsəbəsində qeydə alınıb.
Məlumata görə, İlkin Şakir oğlu Atakişiyev həyat yoldaşı Yeganə Bəxtiyar qızı Atakişiyevanı qətlə yetirib, daha sonra isə özünə qəsd edib. Əraziyə dərhal polis əməkdaşları və təcili tibbi yardım briqadaları cəlb olunub.
Ətraflı RTV-nin sujetində: