AZ

Azərbaycan kubokunun püşkatma mərasimi keçirilib

Azərbaycan Kubokunun 2025/2026 mövsümünün püşkatma mərasimi keçirilib.

Apasport.az xəbər verir ki, tədbirdə təsnifat mərhələlərində qarşılaşacaq cütlüklər müəyyənləşib.

Azərbaycan Kuboku

I təsnifat mərhələsi

1. "Dinamo" - "Kür-Araz" 

2. "Göygöl" - "Şəmkir"

3. "Şəki City"  - "Araz Saatlı" 

4. "Qaradağ-Lökbatan" -"Ağdaş" 

5. "Quba" - "Xankəndi" 

6. "Ağstafa Gəncləri" - "Şirvan" 

II təsnifat mərhələsi

"Şimal" - "Şahdağ Qusar"

"Zaqatala" - "Sumqayıt"

"Neftçi" - MOİK

"Səbail" - "Şamaxı"

"Qəbələ" - "Mingəçevir"

5-ci cütün qalibi - "Baku Sportinq"

4-cü cütün qalibi - "Karvan"

1-cütün qalibi - "İmişli"

6-cı cütün qalibi - "Kəpəz"

2-ci cütün qalibi - "Difai"

3-cü cütün qalibi - "Turan Tovuz"

Qeyd edək ki, Azərbaycan Kubokunda 34 komanda iştirak edəcək. 1/4 finala qədər qalib bir oyunun nəticəsinə əsasən müəyyənləşəcək. Daha sonra ev-səfər prinsipi tətbiq olunacaq.

Azərbaycan Kubokunun final matçı mayın 13-də "Neftçi Arena"da təşkil olunacaq.

Bu gün ölkə kubokunun püşkatma mərasimi keçiriləcək

Azərbaycanın UEFA reytinqində qazancı

“Qarabağ”dan növbəti tarix: ÇL-də ilk qələbə

V turun oyun cədvəli bəlli oldu

“Qaradağ Lökbatan”dan 8 cavabsız qol

Seçilən
39
5
apasport.az

7Mənbələr