AZ

Agentlik 40 ədəd pikap tipli avtomobil alır - DETALLAR

Minatəmizləmə Agentliyi (VÖEN: 1400163961) pikap tibi avtomobillərlə bağlı iki açıq müsabiqə elan edib.

FED.az xəbər verir ki, müsabiqə pikap tipli xüsusi təyinatlı tibbi yardım nəqliyyat vasitələrinin satın alınmasına aiddir. Layihənin ehtimal olunan qiyməti 2 milyon 360 min manatdır.

Təkliflərin son təqdim olunma tarixi 15 oktyabr 2025-ci il saat 17:15-ə kimidir. Zərflərin açılışı da həmin tarixdə, saat 17:15-də keçiriləcək.

İştirak haqqı min manatdır. Təchizatçılar təklifləri təqdim etmək üçün iştirak haqqı ilə yanaşı, iyirmi beş manat istifadə haqqı da ödəməlidirlər. Təchizatçıların sayının üçdən az olması səbəbindən satınalmanın baş tutmaması hallarından başqa, ödənilən iştirak və istifadə haqları heç bir halda geri qaytarılmır.

Əlaqələndirici şəxs: Tural Gülüşov – şöbə müdiri.
Əlaqə vasitələri: [email protected], (+994 55) 455 31 30.

İddiaçılar təkliflərini 15 oktyabr 2025-ci il tarixinədək Bakı şəhəri, İbrahimpaşa Dadaşov küçəsi 260 ünvanına təqdim edə bilərlər.

Tələblər:Ümumi tələblər: Buraxılış ili: 2025-ci il, Yürüş məsafəsi: 0,0 km, Təkər formulu: 4x4, Ban növü: Pikap-ambulans; Mühərrik hissəsi üçün tələblər: Euro 4, 4 silindrli mühərrik, Mühərrikin gücü: minimum 2450 sm3 (140 a.g.) 103 Kw, Fırlanma anı: minimum 310 Nm; Yanacaq üçün tələblər: Dizel, Yanacaq filtri (separator), Yanacaq çəninin tutumu: 60-80 L; Ötürücü qutu üçün tələblər: Mexaniki (minimum 5 pilləli); Şassi üçün tələblər: Əyləc qəlblərinin yeyilməsi sensoru, Ümumi uzunluq – minimum 5580 mm, maksimum 5600 mm, eni – minimum 1850 mm, maksimum 1880 mm, Hündürlük – minimum 2350 mm, maksimum 2400 mm, Klirens – minimum 200 mm, Təkər bazası – minimum 3050 mm, maksimum 3100 mm, Ön əyləc sistemi – disk, Arxa əyləc sistemi – disk, Təhlükəsizlik sistemləri ABS+EBD+ESP, Yanğın söndürən 1 ədəd 2 kq-lıq, Ehtiyat təkər olmalıdır, Domkrat olmalıdır, Təkər açarı olmalıdır, İlkin texniki yardım üçün açar dəsti olmalıdır, Yuvacıq 12v; Kondisioner (isitmə və soyutma sistemi) üçün tələblər: Kondisioner (isitmə və soyutma sistemi) tələb olunur, Kondisioner nəqliyyat vasitəsinə istehsalçı tərəfindən zavod şəraitində quraşdırılmalıdır, Nəqliyyat vasitələrinə sonradan quraşdırıldığı təqdirdə, qəbul edilməyəcəkdir; Sürücü kabin üçün tələblər: Yan şüşələr elektrik idarəetməli, Rama və kuzov korroziyaya qarşı izolyasiyalı (sertifikatlı), Duman əlehinə işıqlar, Mərkəzi qapanma, Sükan tənzimlənən və hidrogücləndiricili, Sürücü və sərnişin oturacaqları təhlükəsizlik kəməri ilə, Salon işıqları Led, Yanğınsöndürən balon 1 ədəd 2 kq-lıq, İlk yardım çantası, Qəza çəkici – 1 ədəd, Bütün salonda rezin ayaqaltılar, Multimediya 12.8” sensorlu monitor və arxa kamera; Ambulans kabinin tələbləri: Qapalı olmalıdır, Hündürlük – minimum 1900 mm, maksimum 1920 mm, uzunluq – minimum 2400 mm, maksimum 2450 mm, eni – minimum 1850 mm, maksimum 1880 mm, Kabinin sağ və sol tərəfi açılıb bağlanan şüşələrlə təchiz olunmalıdır, Kabinin arxa hissəsində (sağa, sola və pəncərəli) açılan qapılar və pilləkən olmalıdır, sol tərəfdə isə 1 ədəd açılıb-bağlanan pəncərəli qapısı və pilləkəni olmalıdır, 3 nəfər üçün oturacaq və təhlükəsizlik kəməri ilə təchiz olunmalıdır, Kondisioner (isitmə və soyutma sistemi) tələb olunur, Kondisioner nəqliyyat vasitəsinə istehsalçı tərəfindən zavod şəraitində quraşdırılmalıdır, Nəqliyyat vasitələrinə sonradan quraşdırıldığı təqdirdə, qəbul edilməyəcəkdir, Daxili led işıqlandırmalı, Kabinin qapıları açarla techiz olunmalıdır, Yuvacıq 12v. – 2 ədəd; Kabinin əlavə təchizatı (tibbi inventar və avadanlıqlar): Sayrışan işıq (mikrofon, dinamik və sirena ilə), Ambulans kabinin ətrafı boyu sayrışan işıqlar, Buz çantası (Cool Box) – 1 ədəd, Buz kanteyneri – 2 ədəd, Tibbi xərək (kəmər ilə) – 1 ədəd, Onurğa zədələri üçün xərək – 1 ədəd, Tibbi yorğan (termo) – 1 ədəd, Oksigen balonu (oksigen paneli ilə) minimum 10 L (içi dolu, requlyator ilə) – 1 ədəd, AMBU kisəsi – 1 ədəd, Oksigen maskası – 1 ədəd, Zədə çantası (trauma bag) (lazımı tibbi ləvazimatlar ilə) – 1 ədəd, Yanğın söndürən – 2 ədəd 5 kq-lıq.

Sayı -25 ədəd

İkinci müsabiqə pikap-sərnişin tipli xüsusi təyinatlı nəqliyyat vasitələrinin satın alınmasına aiddir. Layihənin ehtimal olunan qiyməti 1 milyon 301 min 500 manatdır.

Təkliflərin son təqdim olunma tarixi 15 oktyabr 2025-ci il saat 17:30-a kimidir. Zərflərin açılışı da həmin tarixdə, saat 17:30-da keçiriləcək.

İştirak haqqı altı yüz manatdır. Təchizatçılar təklifləri təqdim etmək üçün iştirak haqqı ilə yanaşı, iyirmi beş manat istifadə haqqı da ödəməlidirlər. Təchizatçıların sayının üçdən az olması səbəbindən satınalmanın baş tutmaması hallarından başqa, ödənilən iştirak və istifadə haqları heç bir halda geri qaytarılmır.

Əlaqələndirici şəxs: Tural Gülüşov – şöbə müdiri.
Əlaqə vasitələri: [email protected], (+994 55) 455 31 30.

İddiaçılar təkliflərini 15 oktyabr 2025-ci il tarixinədək Bakı şəhəri, İbrahimpaşa Dadaşov küçəsi 260 ünvanına təqdim edə bilərlər.

Tələblər: Ümumi tələblər: Buraxılış ili: 2025-cü il, Yürüş məsafəsi: 0 km, Təkər formulu: 4x4, Ban növü: Pikap-sərnişin 7+1; Mühərrik hissəsi üçün tələblər: Euro 4, 4 silindrli mühərrik, Mühərrikin gücü: minimum 2450 sm3 (140 a.g.) 103 Kw, Fırlanma anı: minimum 315 Nm; Yanacaq üçün tələblər: Dizel, Yanacaq filtri (separator), Yanacaq çəninin tutumu: 60-80 L; Ötürücü qutu üçün tələblər: Mexaniki (minimum 5 pilləli); Şassi üçün tələblər: Əyləc qəlblərinin yeyilməsi sensoru, Ümumi uzunluq – minimum 5800 mm, maksimum 6000 mm, hündürlük – minimum 2600 mm, maksimum 2650 mm, en – minimum 1750 mm, maksimum 1800 mm, Klirens – minimum 200 mm, Təkər bazası – 3400 mm, maksimum 3450 mm, Ön əyləc sistemi – disk, Arxa əyləc sistemi – disk, Təhlükəsizlik sistemləri ABS+EBD+ESP, Yanğın söndürən 1 ədəd 2 kq-lıq, Ehtiyat təkər olmalıdır, Domkrat olmalıdır, Təkər açarı olmalıdır, İlkin texniki yardım üçün açar dəsti olmalıdır, Yuvacıq 12v; Kondisioner (isitmə və soyutma sistemi) üçün tələblər: Kondisioner (isitmə və soyutma sistemi) tələb olunur, Kondisioner nəqliyyat vasitəsinə istehsalçı tərəfindən zavod şəraitində quraşdırılmalıdır, Nəqliyyat vasitəsinə sonradan quraşdırıldığı təqdirdə, qəbul edilməyəcəkdir; Salon üçün tələblər: Yan şüşələr elektrik idarəetməli, Rama və kuzov korroziyaya qarşı izolyasiyalı (sertifikatlı), Duman əlehinə işıqlar, Mərkəzi qapanma, Hava yastığı; Salon üçün tələblər: Sükan tənzimlənən və hidrogücləndiricili, Sürücü və sərnişin oturacaqları təhlükəsizlik kəməri ilə, Salon işıqları Led, Yanğınsöndürən balon 1 ədəd 2 kq-lıq, İlk yardım çantası, Qəza çəkici – 1 ədəd, Bütün salonda rezin ayaqaltılar, Multimediya 12.8” sensorlu monitor və arxa kamera; Sərnişin kabinin tələbləri: Qapalı olmalıdır, Hündürlük – minimum 1700 mm maksimum 1750 mm, uzunluq – minimum 2400 mm maksimum 2500 mm, eni – minimum 1770 mm maksimum 1800 mm, Kabinin sağ və sol tərəfi açılıb bağlanan şüşələrlə təchiz olunmalıdır, Kabinin arxa hissəsində açılan qapı (sağa və sola, pəncərəli) və pilləkən olmalıdır, 7 nəfər üçün oturacaq və təhlükəsizlik kəməri ilə təchiz olunmalıdır. Sərnişinlər üçün nəzərdə tutulan oturacaqlar üzbəüz oturacaqlar olmalıdır, Kondisioner (isitmə və soyutma sistemi) tələb olunur, Kondisioner nəqliyyat vasitəsinə istehsalçı tərəfindən zavod şəraitində quraşdırılmalıdır, Nəqliyyat vasitəsinə sonradan quraşdırıldığı təqdirdə, qəbul edilməyəcəkdir, Daxili Led işıqlandırmalı, Kabinin qapıları açarla techiz olunmalıdır, Yuvacıq 12v. – 4 ədəd, Zədə çantası (trauma bag) (lazımlı tibbi ləvazimatları ilə) – 1 ədəd, Yanğın söndürən – 2 ədəd 5 kq-lıq.

sayı 15 ədəd

Seçilən
25
fed.az

1Mənbələr