AZ

Bəşəriyyət üçün fəlakət gəlir: Okeanın “ürək döyüntüsü” dayandı

Panama körfəzində 40 ildən artıqdır hər il baş verən həyati əhəmiyyətli okean yüksəlişi bu il ilk dəfə uğursuz olub. Alimlər bu halın ekosistemin çökməsinin ilk siqnalı olduğunu və nəticələrinin fəlakətli ola biləcəyini bildiriblər.

Publika.az “Hürriyət”ə istinadla xəbər verir ki, “Smithsonian” Tropik Tədqiqat İnstitutunun tədqiqatçıları vəziyyətin regionun dəniz həyatı və iqtisadiyyatı üçün ciddi təhlükə yaratdığını açıqlayıblar.

Adətən dekabr-aprel aylarında şimal küləklərinin təsiri ilə körfəzdə soyuq, qida maddələri ilə zəngin sular dərinlikdən səthə qalxır və bu proses bölgədəki dəniz ekosisteminin əsasını təşkil edir.

Lakin 2025-ci ildə bu yüksəliş cəmi 12 gün davam edib və ən aşağı dəniz səthi temperaturu 23,3 dərəcə olub. Bu isə, əvvəlki illərlə müqayisədə 82 faiz daha qısa soyuma müddətidir.

Bioloqlar xəbərdarlıq edir ki, Panamanın dəniz biokütləsinin 95 faizi bu yüksəlişdən asılıdır. Əgər bu proses daimi dayanarsa, qida şəbəkəsi çökəcək, balıqçılıq kəskin azalacaq, mərcan rifləri isə termal stressdən zərər görəcək.

Seçilən
11
publika.az

1Mənbələr