AZ

Sahibkarların bank hesablarının sayı kəskin artıb

Apa.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

2025-ci ilin 1 yanvar tarixinə olan məlumata görə, Azərbaycanda sahibkarlıqla məşğul olan fiziki şəxslərin cari bank hesablarının sayı ötən illə müqayisədə 227 min vahid artaraq 1 123 177-ə çatıb.

Bu barədə “APA-Economics” İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2024-cü ilə dair illik hesabatını istinadən xəbər verir.

Məlumata görə, hüquqi şəxslərin hesablarının sayı isə bir ildə 59,5 min artaraq 379 826 olub.

Qeyd edilib ki, 2019-cu ilin 1 yanvarı ilə müqayisədə sahibkarlıqla məşğul olan fiziki şəxslərin bank hesablarının sayı təxminən 3,8 dəfə, hüquqi şəxslərin hesablarının sayı isə 1,7 dəfə artıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
0
2
apa.az

3Mənbələr