AZ

MEDİA-nın könüllülük proqramı uğurla YEKUNLAŞDI

Yazını böyüt
Yazını kiçilt

Medianın İnkişafı Agentliyinin (MEDİA) növbəti könüllülük proqramı uğurla yekunlaşıb.

Hafta.az xəbər verir ki, cari ilin aprel–iyul aylarını əhatə edən könüllülük proqramı gənclərin bilik və bacarıqlarını inkişaf etdirmələri, sosial layihələrə fəal qoşulmaları və media sahəsində praktiki təcrübə toplamaları üçün geniş imkanlar yaradıb. Könüllülər müxtəlif təlimlərdə, yerli və beynəlxalq tədbirlərdə, eyni zamanda, Agentlik tərəfindən həyata keçirilən “Media savadlılığı” həftəsinin və 3-cü Şuşa Qlobal Media Forumunun təşkilində iştirak ediblər.

MEDİA könüllüləri ilə görüş keçirən Agentliyin İcraçı direktoru Əhməd İsmayılov könüllülərin fəaliyyətini yüksək qiymətləndirərək gənclərin təşəbbüskarlığı və məsuliyyətli yanaşmasının proqramın uğurla yekunlaşmasında mühüm rol oynadığını qeyd edib. O, MEDİA könüllülərinin xüsusilə 3-cü Şuşa Qlobal Media Forumundakı rolundan, göstərdikləri yaradıcı yanaşma və komanda ruhundan danışıb.

Sonda “MEDİA könüllüləri” Proqramını müvəffəqiyyətlə başa vuran 60-a yaxın gəncə sertifikatlar təqdim olunub.

Seçilən
21
20
hafta.az

10Mənbələr