AZ

Azərbaycanda avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımaları artıb

Bakı. Trend:

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda avtomobilnəqliyyatı vasitələri ilə 8,867 milyard ABŞ dolları dəyərində 4,146milyon ton beynəlxalq yük daşımaları həyata keçirilib.

Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldəedib.

Məlumata görə, bu, 2024-cü ilin eyni dövründəki göstəriciyənisbətən dəyər ifadəsində 709,483 milyon ABŞ dolları və ya 8,7%,həcm ifadəsində isə 350,011 min ton və ya 9,2% çoxdur.

Belə ki, hesabat dövründə bu nəqliyyat vasitəsilə Azərbaycandan1,646 milyard ABŞ dolları dəyərində 1,8 milyon ton yük ixrac edilibki, bu da illik müqayisədə dəyər baxımından 324,606 milyon ABŞdolları və ya 24,6%, həcm ifadəsində isə 303,688 min ton və ya20,8% artım deməkdir.

Eyni zamanda, cari ilin ilk səkkiz ayında avtomobil nəqliyyatıvasitəsilə Azərbaycana 7,221 milyard ABŞ dolları dəyərində 2,382milyon ton yük idxal edilib. Bu isə 2024-cü ilin eyni dövründəkigöstəriciyə nisbətən dəyər ifadəsində 384,877 milyon ABŞ dolları vəya 5,6%, həcm baxımıdan isə 46,423 min ton və ya 2% çoxdur.

Seçilən
35
3
az.trend.az

4Mənbələr