AZ

NATO-nun maliyyələşdirdiyi ilk hərbi təchizat Ukraynaya gedir  

ABŞ-dən alınan və NATO ölkələri tərəfindən maliyyələşdirilən ilk hərbi ləvazimatlar artıq Ukraynaya çatdırılır. Bu barədə “Reuters” öz mənbələrinə istinadən xəbər verir. 

Bildirilir ki, “Ukrayna üçün müttəfiqlərlə yeni maliyyə sazişi əsasında alınmış ABŞ hərbi texnikasının ilk göndərişləri artıq gəlir”.

Qeyd olunur ki, bunlar NATO ölkələri ilə ABŞ arasında Kiyevə yardımla bağlı razılaşmaya uyğun olaraq dörd yardım paketidir.

Sentyabrın 16-da Amerika lideri Donald Tramp administrasiyasının Ukraynaya Avropa tərəfindən maliyyələşdirilən ilk hərbi yardım paketini təsdiqlədiyi bildirilib.

İyulun 24-də ABŞ prezidenti bəyan edib ki, Vaşinqton və Aİ Avropa ölkələrinin bütün hərbi texnikanın dəyərinin 100 faizini ödəyəcəkləri barədə razılığa gəliblər. Aİ silahları alacaq və sonra paylayacaq. Tramp silahların böyük hissəsinin Ukraynaya gedəcəyini vurğulayıb.

Xatırladaq ki, bundan əvvəl Tramp Avropanın Ukraynadakı münaqişəni həll etmək istəyini bəyan edib.

Rizvan CƏFƏROV,

"Azərbaycan"

Seçilən
50
azerbaijan-news.az

1Mənbələr