AZ

İqlim dəyişikliyi ilə bağlı ekoloqdan XƏBƏRDARLIQ

Demokrat.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

“Türkiyə Meteorologiya Xidməti ölkənin bir sıra bölgələrində havanın kəskin istiləşəcəyi ilə bağlı xəbərdarlıq yayıb. Hava kütlələri sərhədləri tanımadığı üçün bu isti hava dalğaları Azərbaycanı da təsir edə bilər”Bunu Demokrat.az-a açıqlamasında ekoloq Fərid Məmmədov deyib.Ekoloq qeyd edib ki, ölkənin qərb, cənub-qərb və Bakı ətrafı rayonlarında temperatur artımı müşahidə olunması ehtimalı yüksəkdir:“Hazırkı proqnozlara görə, sentyabrın 18-də gündüz temperaturu təxminən 25°C, 19-da isə 25°C ətrafında ola bilər. Yağışlar müvəqqəti sərinlik gətirsə də, sərhəddən gələn isti hava kütlələrinin təsiri ilə temperatur yenidən yüksələ bilər. Azərbaycanın relyefi, meşə örtüyü və dağlıq əraziləri istilik dalğasının gücünü bir qədər azaltsa da, temperatur yüksəlişi hiss olunacaq. Küləyin istiqaməti və sürəti də istilik dalğalarının yayılmasına təsir göstərir. Kəskin istilər həm insanların sağlamlığına, həm kənd təsərrüfatına, həm də su ehtiyatlarına təsir edə bilər. Uzun müddətli isti dalğaları torpağın qurumasına, bitkilərin məhsuldarlığının azalmasına və su ehtiyatlarının tükənməsinə səbəb ola bilər. Belə hava şəraiti şəhər infrastrukturu üçün də sınaq rolunu oynayır, çünki asfalt və beton səthlər daha çox istilik saxlayır. Ətraf mühitin istilik stresinə hazırlığı, ağaclandırma və kölgəlik yerlərin artırılması bu təsirləri yumşalda bilər. İsti havalar yaxın günlərdə gözlənildiyindən, insanlar və kənd təsərrüfatı subyektləri lazım olan tədbirləri görməlidirlər. Bu, həm sağlamlığı qorumaq, həm də təbii resursları səmərəli idarə etmək baxımından vacibdir”.Leyla Turan

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
1
1
demokrat.az

2Mənbələr