AZ

Nəsimi festivalı ilk dəfə Şamaxıdakı Nəsimi Bağlarında

Qafqazinfo portalından alınan məlumata görə, ain.az xəbər verir.

Sentyabrın 24-də Şamaxıdakı Nəsimi Bağları Kompleksində İmadəddin Nəsimi yaradıcılığına həsr olunan bədii proqramın təqdimatı və “Nəsimi dastanı” baletinin  yeni quruluşda premyerası olacaq. 

“Qafqazinfo” xəbər verir ki, Nəsimi festivalının ikinci günü keçiriləcək tədbirdə Qədim Musiqi Alətləri Ansamblının müşayiəti ilə Xalq artisti Alim Qasımov, Əməkdar artist Fərqanə Qasımovanın, həmçinin İlkin Dövlətov, Hüseyn Məlikovun ifaları səslənəcək, qiraətçilər – xalq artistləri Rasim Balayev, Mehriban Zəki, Xalidə Quliyeva, Əməkdar artist Qasım Nağı, eləcə də Əliağa Tapdıqov, Firuzə İsmayıl, Lalə Süleymanlının təqdimatında şeirlər dinləniləcək. 

Həmin gün Şamaxıda növbəti təqdimat – açıq səma altında “Multidissplinar İncəsənət Festivalı” olacaq. Müxtəlif ustad dərsləri keçiriləcək, qəzəlxan Arif Buzovnalı və gənc şairlərin çıxışları, həmçinin poeziya fləşmobu, eyni zamanda türkiyəli yazar və musiqiçi Hakan Mengüçün sufizm fəlsəfəsi haqqında çıxışı, Türkiyənin “Tarz-ı Vefa Kervanı” qrupunun təqdimatları olacaq. 

Axşam isə Nəsimi Bağlarında izləyicilər fərqli konsert proqramını seyr edəcəklər. Səhnədə F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı “Sufi” rəqsini təqdim edəcək, xalq artistləri Alim Qasımov, Natiq Şirinov və “Natiq” ritm qrupu, əməkdar artistlər Sevda Ələkbərzadə, Elnur Mikayılov (kamança), həmçinin Çingiz Mustafayev, AİSEL, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının Simfonik Orkestri, Azərbaycan Dövlət Xor Kapellasının çıxışları olacaq. 

Festivalda səbirsizliklə gözlənilən təqdimatlardan biri də “Nəsini dastanı” baletinin yeni quruluşda nümayişidir. Dahi bəstəkar Fikrət Əmirovun ölməz əsərinin yeni quruluşu tanınmış rejissor və prodüser Andris Liepanın rejissorluğu ilə səhnələşdirilib. Balet Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının Simfonik Orkestrinin müşayiəti ilə balet truppasının ifasında nümayiş olunacaq. Əsərin xoreoqrafı isə müxtəlif ölkələrdə fərqli truppalarla işləmiş Patrick De Banadır. “Nəsimi dastanı” baleti Şamaxıdakı Nəsimi Bağlarında açıq səma altında, Nəsimi abidəsinin önündə nümayiş olunacaq. 

Ümumiyyətlə, 23-25 sentyabr tarixlərində Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, ICESCO-nun tərəfdaşlığı ilə keçiriləcək Nəsimi festivalı maraqlı təqdimatlar, premyeralarla yadda qalacaq. 

Üç gün ərzində Bakı və Şamaxıda baş tutacaq festival Azərbaycan incəsənətinin təbliği baxımından mühüm beynəlxalq hadisə kimi dəyərləndirilir və orta əsr Şərqinin ən böyük şairlərindən biri olan İmadəddin Nəsiminin zəngin fəlsəfi və ədəbi irsini təbliğ edir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
22
6
qafqazinfo.az

7Mənbələr