AZ

“Bir ildən artıq müddətdə 10 mindən çox məhkum cəbhəyə yollanıb” - Ukrayna Ədliyyə Nazirliyi

Məhkumların könüllü səfərbərliyi haqqında qanunun qüvvəyə mindiyi bir ildən artıq müddətdə bu kateqoriyadan olan 10 mindən çox insan cəbhəyə yollanıb.

Herbiand.az xəbər verir ki, Ukrayna Ədliyyə Nazirliyi bu məlumatı NV nəşrinin sorğusuna cavab olaraq bildirib.

“1 sentyabr 2025-ci il tarixinə görə, Ukrayna Cinayət Məcəlləsinin 811-ci maddəsinə əsasən 10100-dən çox şəxs şərti azadlığa buraxılıb və ərazi komplektləşdirmə mərkəzinə, həmçinin sosial dəstək mərkəzlərinə çatdırılmaq üçün Ukrayna Milli Qvardiyasının bölmələrinə köçürülüb”, - cavabda bildirilir.

Eyni zamanda, Ədliyyə Nazirliyindən bildirilib ki, qanunda məhbusların səfərbər olunması ilə bağlı müəyyən məhdudiyyətlər var. Ona görə də bunu etmək arzusunda olan hər kəs cəbhəyə getmək üçün şərti azadlığa buraxıla bilməz. Bu imkanlar dövlətə xəyanətdə, iki və ya daha çox şəxsi qəsdən öldürməkdə, xüsusi amansızlıqla adam öldürmədə, xüsusilə ağır korrupsiya cinayətlərində və bu kimi cinayətlərdə təqsirli bilinənlər üçün bağlıdır.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
5
herbiand.az

1Mənbələr