AZ

Siqaretin yaratdığı xəstəliklər: Görünməyən təhlükə

Siqaretin çəkilməsi bir çox ciddi xəstəliklərin yaranmasına səbəb olur.

E-saglam.az xəbər verir ki, onun tərkibindəki kimyəvi maddələr orqanizmin müxtəlif sistemlərinə zərər verərək ağciyər, ürək-damar, həzm və tənəffüs sistemində problemlər yaradır.

Aşağıdakı xəstəliklərdən əziyyət çəkmək istəmirsizsə, bu zərərli vərdişdən zamanında uzaq durmaq lazımdır. Siqaretin yaratdığı xəstəliklərə aşağıdakılar aiddir:

Ağciyər xərçəngi və digər tənəffüs sistemi xəstəlikləri – bronxit, xroniki obstruktiv ağciyər xəstəliyi (XOBX), emfizem.

Ürək-damar xəstəlikləri – infarkt, insult, damar tıxanıqlığı və yüksək qan təzyiqi.

Digər xərçəng növləri – ağız, boğaz, mədə, böyrək və sidik kisəsi xərçəngi riski artır.

Həzm sistemi xəstəlikləri – mədə xorası, qastrit və bağırsaq problemləri.

Dəri və ağız problemləri – dərinin vaxtından əvvəl qocalması, dişlərin saralması, ağız qoxusu.

İmmunitet sisteminin zəifləməsi – orqanizm xəstəliklərə qarşı daha həssas olur.

Siqaret həmçinin passiv çəkənlər üçün də təhlükəlidir. Xüsusilə uşaqlar və hamilə qadınlar üçün ciddi tənəffüs yolu xəstəlikləri və inkişaf problemlərinə yol aça bilər.

Qeyd edək ki, Siqareti tərgitmək bu xəstəlik risklərini əhəmiyyətli dərəcədə azaldır, həyat keyfiyyətini və ömür uzunluğunu artırır.

Nəzrin Abbas

E-saglam.az

Seçilən
42
e-saglam.az

1Mənbələr