Qazaxıstanın Türküstan şəhərində təşkil edilən akademik avarçəkmə üzrə “Türküstan kuboku” beynəlxalq turniri başa çatıb.
Doğru.az xəbər verir ki, yarışda ölkəmizi təmsil edən gənc idmançı Nurlan Paşayev final mərhələsində uğurlu çıxış edib. O, finiş xəttini üçüncü yerdə tamamlayaraq bürünc medala layiq görülüb.
Bu uğur Paşayevin beynəlxalq arenada qazandığı ilk nailiyyətlərdən biri kimi yadda qalıb.
DOĞRU.AZ