AZ

"Dünənki oyun "Qarabağ"ı bütün Avropaya böyük klub olduğunu göstərdi" - ŞƏRH EDİLDİ

"“Benfika” ilə “Qarabağ” arasında baş tutan oyun göz qabağındadır". Bu sözləri SİA-ya açıqlamasında keçmiş futbolçu və məşqçi Tərlan Əhmədov deyib.

Onun sözlərinə görə, “Qarabağ” mükəmməl geri dönüş edərək qalib gəldi:

"Bundan əvvəl də demişdim ki, “Qarabağ” ən azından heç-heçəyə layiqdir. 8 il fasilədən sonra qayıdışda ilk oyunda bir xal qazana bilər deyə düşünürdüm. İlk 30 dəqiqədə demək olar ki, rəqib daha üstün idi. Hesabın 2:0 olduğu halda düşünürdüm ki, artıq hər şey bitdi, böyük hesablı məğlubiyyət olacaq. Amma belə olmadı. 2 qoldan sonra rəqib rahatlaşdı. Bu anda demək olar ki, “Qarabağ” geri dönüş etməyi bacardı. Vurulan qollar möhtəşəm qollar idi. Ona görə də rəqib toparlana bilmədi. Oyunun sonlarında artıq rəqib tələsirdi və səhvlər edirdi. Qarabağ da bundan mükəmməl şəkildə istifadə elədi. Hərhalda Çempionlar Liqasının Liqa mərhələsinə qələbə ilə başlamaq elə özü böyük bir uğurdur. Bu oyundan sonra artıq digər rəqibləri də Qarabağı diqqətdə saxlayacaqlar. Düşünürəm ki, dünənki oyun "Qarabağ"ı bütün Avropaya böyük klub olduğunu göstərdi".

Müəllif: Arzu Qurbanlı
Seçilən
32
sia.az

1Mənbələr