AZ

Bakıda bloqerlərin təhlükəli yol macərası: Səkkiz nəfər bir avtomobillə

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Bakıda bir qrup bloqer yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq həm özlərinin, həm də digər yol hərəkəti iştirakçılarının həyatını ciddi təhlükə altına atıb.
Oxu.Az xəbər verir ki, bloqerlər törətdikləri qayda pozuntusunu videoya çəkərək sosial şəbəkədəki izləyiciləri ilə paylaşıblar.
Onlardan biri hərəkətdə olan avtomobildə səkkiz nəfərin olduğunu bildirib. Bu isə qanunvericiliklə müəyyən edilmiş normadan xeyli artıq sərnişindaşıma olmaqla yanaşı, həm də sürücünün diqqətini yayındıran əsas amillərdən biridir.
Bundan əlavə, avtomobilin sükanı arxasında olan şəxs daxil olmaqla heç bir sərnişinin təhlükəsizlik kəmərindən istifadə etməməsi qəza zamanı ölüm riskini dəfələrlə artıran ciddi qayda pozuntudur.
Əzizə İsmayılova
Seçilən
19
oxu.az

1Mənbələr