AZ

Gizlicə doğduğu körpəni paltaryuyanda gizlətdi Faciə baş verdi

Bakupost saytından alınan məlumata görə, ain.az bildirir.

Almaniyada bir kişi anasının paltaryuyan maşında gizlətdiyi yeni doğulmuş körpəni təsadüfən öldürüb.

Bakupost.az xəbər verir ki, bu barədə “Bild” məlumat yayıb.

Məlumata görə, 35 yaşlı tibb bacısı Klarissa L. hamiləliyini partnyorundan gizlədib və martın 29 hamamda uşaq dünyaya gətirib.

Qadın körpəni dəsmala bükərək paltaryuyan maşına qoyub və baş verənləri gizlətmək üçün otağı yığışdırıb. Güclü qan itirməsi səbəbindən xəstəxanaya aparılsa da, hamiləliyi və doğuşu barədə heç nə deməyib.

Körpənin atası hamiləlikdən xəbərsiz olub. O, içində uşaq olduğunu bilmədən paltaryuyan maşını işə salaraq yuyucu toz və paltar yumşaldıcı əlavə edib.Yuyulmadan sonra maşında körpəni görməsi kişinin həyatındakı ən böyük şok olub.

Hazırda Klarissa həbsdədir. O, hamilə olduğunu bilmədiyini iddia edir:

“Birdən-birə qan gəldi, sonra körpə. Qorxdum. O, hərəkət etmirdi, nəfəs almırdı”, deyə Klarissa ifadəsində bildirib.

Ekspertiza isə müəyyən edib ki, körpə 2888 qram ağırlığında və 51 santimetr uzunluğunda sağlam doğulmuş və normal inkişaf etmişdi. Körpənin atası hələ də baş verənlərdən sonra psixoloji yardım alır.

Faktla bağlı istintaq davam edir.

Lalə, BakuPost

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
20
www.bakupost.az

1Mənbələr