Xəbər verdiyimiz kimi, Sumqayıtda iki sərnişin avtobusunun toqquşması ilə nəticələnən yol qəzası baş verib. Hadisə şəhərin Sülh prospektində qeydə alınıb. 12 nömrəli marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusu mikroavtobusla toqquşub.
Milli.Az xəbər verir ki, qəzanın başvermə səbəbi ilə bağlı danışan mikroavtobus sürücüsü Bəhruz Nəcimov bildirib ki, sərnişinlərdən biri avtobusa çatmaq üçün arxasınca qaçıb.
Onun sözlərinə görə, sürücü isə 50 qəpiklik ödənişi almaq məqsədilə qəfil tormoz verib və nəticədə toqquşma qaçılmaz olub.
Hazırda hadisə ilə bağlı araşdırma aparılır.
Asya
Milli.Az