AZ

Yanvar-avqust aylarında Naxçıvanda özəlləşdirmədən daxilolmalar 1 milyon manat təşkil edib

Bu ilin yanvar-avqust ayları ərzində Naxçıvan Muxtar Respublikasında 62 dövlət əmlakı özəlləşdirilib, özəlləşdirmədən daxilolmalar 1 milyon manat təşkil edib.

Muxtar Respublikanın İqtisadiyyat Nazirliyinin məlumatına görə, daşınmaz əmlakın qeydiyyatı, texniki inventarlaşdırılması və kadastr xidmətlərindən cari ilin ilk 8 ayı ərzində 1,5 milyon manat xidmət haqqı yığılıb. Ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 8,2 faiz artım qeydə alınıb.

Bununla yanaşı, hesabat dövründə dövlət əmlakının icarəyə verilməsindən büdcəyə 435,5 min manat vəsait daxil olub ki, bu da illik ifadədə 74,7 faiz çoxdur.

2024-cü ilin yanvar-avqust aylarına nisbətdə bağlanılan yeni icarə müqavilələrinin sayı 59,6 faiz artaraq 150-yə çatıb. 125 müqavilənin müddəti uzadılıb, 57 müqaviləyə xitam verilib.

Seçilən
9
1
vergiler.az

5Mənbələr