ABŞ Prezidenti Donald Tramp və birinci xanım Melaniya Tramp Böyük Britaniyaya rəsmi dövlət səfəri çərçivəsində bu ölkənin Kralı Çarlz ilə Vindzor qəsrində nahar süfrəsi arxasında görüşüblər.
Publika.az xəbər verir ki, nahar zamanı tərəflər bir-birilərinə hədiyyələr təqdim ediblər.
Kral və Kraliça Trampa ABŞ-ın İstiqlaliyyət Bəyannaməsinin 250 illiyinə həsr olunmuş kitab, eləcə də onun ikinci inaqurasiyası günü Bukinqem Sarayında dalğalanmış Britaniya bayrağını təqdim ediblər.
ABŞ-ın birinci xanımına isə Şimali İrlandiyalı rəssam Kara Mörfinin hazırladığı gümüş və minadan hazırlanmış qab, həmçinin “Anya Hindmarch” brendinə məxsus fərdi çanta hədiyyə olunub.
Trampla xanımına foto üçün gümüş çərçivə də təqdim olunub.