AZ

Reza Zarrabın həyatı ekranlaşdırılır!

Cənubi azərbaycanlı iş adamı Reza Zarrabın həyatı ekranlaşdırılır.

OLAY yazır ki, bu barədə türk mediasında məlumat yayılıb. 

Bildirilib ki, əvvəlcə müğənni Günel Zeynalovaya xəyanəti, daha sonra Ebru Gündeş ilə evliliyi və  nəhayət Hadiseylə eşq iddialarıyla danışılan Zarrabın hekayəsi nümayiş etdiriləcək. 

Həbsdən azad olunduqdan sonra ABŞ-yə köçüb, orada Dilara Altıntopla evlənən iş adamının bioqrafik layihəsi üçün digital platformalardan biri ilə razılıq əldə edilib. 

Layihənin serial, yoxsa sənədli film olacağı müəyyənləşdirilməyib.

Seçilən
18
1
olay.az

2Mənbələr