AZ

Cəlilabadda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb

Cəlilabad, 17 sentyabr, İlkin Adıyev, AZƏRTAC

Cəlilabadda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Cəlilabad Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində "Ford Fusion" markalı nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydasını pozduğuna görə sürücü C.Məlikova “saxla” işarəsi verilib. Sürücünün hərəkətləri şübhə doğurduğu üçün o, tibbi müayinədən keçirilib. Nəticədə C.Məlikovun narkotik vasitə qəbul etdiyi müəyyən olunub. Sürücü barəsində protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə həmin şəxsin sürücülük hüququ 2 il müddətinə məhdudlaşdırılıb.

Qeyd edək ki, həmin sürücü bu ilin fevral ayında da narkotik vasitənin təsiri altında avtomobil idarə etdiyi üçün polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində tənbeh tədbir görülüb.

 

Seçilən
6
5
azertag.az

8Mənbələr