AZ

Qarabağ a qol vuran argentinalı: Çox məyusuq

ain.az xəbər verir, Sportal.az saytına əsaslanaraq.

“Benfika”nın futbolçusu Enzo Barreneçea Çempionlar Liqasının liqa mərhələsinin açılış matçında Lissabonda "Qarabağ"a qarşı keçirilmiş görüş haqda(2:3) danışıb.

Sportal.az xəbər verir ki, “O Jogo”ya danışan argentinalı futbolçu məğlubiyyəti şərh edib:

“Biz çox məyusuq. Hesabda 2:0 öndə idik və qələbəmizə çox inanırdıq. Lakin Çempionlar Liqasında bu hal yolverilməzdir. Biz arxayınlaşmamalıyıq. Qarşılaşmanı təhlil edib, növbəti oyun üçün vəziyyəti yaxşılaşdırmağa çalışmalıyıq. Bu, məyusedici məğlubiyyətdir, amma hələ uzun yolumuz var”.

Qeyd edək ki, Enzo “Benfika” - “Qarabağ”  matçında komandasının ilk qolunu vurub.

saytlarin hazirlanmasi

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
3
1
sportal.az

2Mənbələr