“Neftçi”nin müdafiəçisi İqor Ribeyro barəsində AFFA İntizam Komitəsinin qəbul etdiyi qərardan verilən apellyasiya şikayətinə Apellyasiya Arbitraj Tribunalında baxılıb.
Publika.az xəbər verir ki, paytaxt təmsilçisinin şikayəti təmin edilməyib.
O, Azərbaycan Premyer Liqasının III turunda “Turan Tovuz”la matçın 55-ci dəqiqəsində təcavüzkar davranışa (rəqibi vurduğuna) görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun cəzalandırılmış, klubu 3000 manat cərimə edilmişdi. AFFA İntizam Komitəsinin sentyabrın 3-də açıqladığı qərar qüvvədə saxlanılıb.