AZ

Prezident SƏRƏNCAM imzaladı

Prezident İlham Əliyev "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025-30-cu illər üçün Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.

Yenisabah.az xəbər verir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin əlaqələndirilməsini və icrasına nəzarəti həyata keçirmək, habelə bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Sərəncamla Azərbaycan Respublikasının Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası isə Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini həyata keçirməli, Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icra vəziyyəti barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir. Dominos pizza

Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025-30-cu illər üçün DÖVLƏT PROQRAMI ilə bu linkdən tanış olmaq mümkündür.


Telegram kanalımız
Seçilən
18
34
yenisabah.az

10Mənbələr