AZ

Vətəndaşlar əlavə gəlir əldə edə biləcək - Açıqlama


Avropada daşınmaz əmlak fondları uzun illərdir maliyyə bazarlarının mühüm alətlərindən biri kimi formalaşıb. Bu fondlar investorların vəsaitlərini toplayaraq müxtəlif əmlak obyektlərinə yaşayış komplekslərinə, ofislərə, ticarət mərkəzlərinə, anbar və logistika sahələrinə yönəldir.
Beləliklə, həm böyük investorlar, həm də adi vətəndaşlar daşınmaz əmlak bazarında iştirak etmək imkanı qazanırlar. Azərbaycanda daşınmaz əmlak fondlarının yaradılmasına hazırlıq gedir. Bu fondlar istənilən vətəndaşa iri investorlarla yanaşı dividend əldə etməyə imkan verəcək.
Mövzu ilə bağlı Metbuat.az-a açıqlama verən Qiymətləndiricilər Cəmiyyətinin sədri, iqtisadçı Vüqar Oruc bildirib ki, Bakı Fond Birjasının təşəbbüsü mühüm addım olsa da, onun reallaşdırılması üçün vaxt lazımdır:
“Vahid daşınmaz əmlak reyestrinin yaradılması, Mərkəzi Bank, İqtisadiyyat Nazirliyi və digər qurumlar səviyyəsində qərarların qəbulu zəruridir. Ölkədə daşınmaz əmlakın qiymətlərində artım müşahidə olunur və o, investisiya cəlbediciliyi baxımından bir çox digər sahələri qabaqlayıb. İnvestisiyalar həm obyektlərin bazar dəyərinin artması, həm də onların icarəsi və ya idarəetməyə verilməsi hesabına passiv gəlir əldə etməyə imkan verir. Bu, həm biznes, həm də maliyyə dairələri üçün böyük maraq doğurur”.
Qeyd edək ki, Fondlar “İnvestisiya fondları haqqında” qanuna əsasən fəaliyyət göstərəcək. Vətəndaşlar fond əmlakında pay alaraq yatırdıqları məbləğə uyğun 6 aydan bir və ya ildə bir dəfə dividend qazanacaqlar. Gəlir isə əsasən əmlakın bazar dəyərinin artması və icarədən formalaşacaq.

Gülbəniz Hüseynli

Seçilən
8
4
gender.az

5Mənbələr