AZ

O uşaqlar ilk dəfə öz doğma yurd yuvalarında birinci sinfə getdilər Deputat

ain.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.

"Xocalı rayonunun Şuşa kəndinə, Seyidbəyli kəndinə, Daşbulaq kəndinə, Bazara kəndinə köçlər oldu. Cənab prezidentimiz də adını çəkdiyim yaşayış məntəqələrinin hər birində oldu və doğma yurd-yuvasına qayıdan sakinlərimiz ilə görüşdü".

Bu barədə Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov Xocalı rayonunun kəndlərinə olan köçdən danışarkən bildirdi.

"Yaradılan şəraiti hamı televiziya vasitəsilə müşahidə edir. Bu, dövlətimizin bu illər ərzində apardığı düzgün siyasətin, uğurun nəticəsidir ki, bu gün Azərbaycan güclü iqtisadiyyata malikdir. Görülən işlərin miqyası həddindən artıq genişdir. Bütün yaşayış məntəqələrinə yolların çəkilməsi, bütün kommunikasiya xətlərinin yaradılması, iş yerlərinin yaradılması, bunlar hamısı vacib şərtlərdir. Bu gün Xocalımızın özündə və adını çəkdiyim kəndlərdə uşaqlar birinci sinifə getdilər, Bilik Günü keçirtdilər. Konstitusiya və suverenlik ili çərçivəsində bu gün o uşaqlar ilk dəfə öz doğma yurd-yuvalarında birinci sinifə getdilər. Bu sevindiricidir. Uğurlarımız bol olsun. "Böyük Qayıdış" davam edir. İnşallah bu müsahibələri qismət olsun o yerlərdə alasınız", - millət vəkili dedi.

Aytəkin TOFİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
18
1
redaktor.az

2Mənbələr