ain.az bildirir, Olke.az portalına istinadən.
Günümüzdə bir çox fabrik istehsalı qidalarda süni dadlandırıcılardan istifadə edilir.
Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, bu, hər nə qədər insan sağlamlığı üçün təhlükəli hesab edilsə də, qidaları dadlandırır və yeməyin insanlar üçün cəlbediciliyini artırır.
Süni dadlandırıcının necə kəşf edilməsindən isə çox adam xəbərsizdir.
Məlumata görə, qidalara qatılan süni dadlandırıcı "sakkarin" maddəsindən hazırlanıb.
Bu maddəni 1878 və ya 1879-cu ildə əczaçı Konstantin Fahlberq Cons Hopkins Universitetinin laboratoriyasında kömür qatının törəmələri üzərində tədqiqat apararkən kəşf edib.
Belə ki, Fahlberq laboratoriyada yeni kimyəvi maddə üzərində işlədikdən sonra evə gedib. O, əllərini yumağı unudub və yemək süfrəsi arxasında əyləşib. Çörəyi ağzına aparan elm adamı qəribə şəkildə dadlı olduğunun fərqinə varıb. O, əvvəlcə yeməkdə bir qəribəlik olduğunu düşünsə də, daha sonra hər şeyin dadlı olduğunu başa düşüb. Fahlberq dəyişikliyin yeməkdə yox, onda olduğunu anlasa da, səbəbini tapa bilməyib.
Növbəti gün laboratoriyaya yenidən yollanan tədqiqatçı üzərində işlədiyi kimyəvi maddənin əlinə və üzünüə dəyməsi ilə həqiqəti başa düşüb. Beləliklə tarixdə ilk dəfə süni dadlandırıcı maddə olan sakkarin kəşf edilib.
Daha sonra C.Fahlberq və onun elmi rəhbəri İra Remsen 1884-cü ildə ilk süni dadlandırıcının patentini alıb.
Bu maddə əvvəlcə insanlara şübhəli görünsə də, şəkərin bahalı olması və tapılmamasına görə sonralar sakkarindən istifadə artmağa başlayır. Hətta I Dünya müharibəsi zamanı şəkər qıtlığı yaşananda sakkarin milyonlarla insanın süfrəsinə yol tapır.
Bu gün də şəkərsiz qidalarda və içkilərdə istifadə edilən sakkarin sadəcə bir alimin əlini yumağı unutması nəticəsində kəşf edilib. Beləliklə kiçik bir səhv böyük bir sənayenin yaranmasına səbəb olub.
1970-ci illərdə siçanlar üzərində aparılan araşdırmalarda sakkarinin yüksək dozalarının sidik kisəsi xərçənginə səbəb ola biləcəyi göstərilmişdi. Buna görə ABŞ-də və bəzi ölkələrdə bir müddət qadağan olunmuşdu. Hazırda ABŞ Qida və Dərman Administrasiyası (FDA), Avropa Qida Təhlükəsizliyi Agentliyi (EFSA) və ÜST (WHO) onu təhlükəsiz hesab edir, amma yalnız gündəlik qəbul edilə bilən doza çərçivəsində (ADI ≈ 5 mq/kq bədən çəkisinə qədər). Yəni, sakkarin normal istehlakda (məsələn, şəkərsiz saqqız, diyetik içkilər və bəzi qida əlavələrində) təhlükəsiz sayılır, amma çox yüksək miqdarda, uzunmüddətli qəbul edilməsi sağlamlıq riskləri yarada bilər.
Bu maddə həmçinin allergik reaksiyalara səbəb ola bilər.
Billurə
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.