Bu sözləri ginekoloq Sevinc Səlimova Demokrat.az-a açıqlamasında bildirib.
O deyib ki, bunun əsas səbəbləri arasında doğuşun vaxtını öncədən təyin edə bilmə imkanı və doğuş zamanı ağrı və stressdən qorxunun olması yer alır:
“Keysəriyyə əməliyyatı yalnız tibbi göstəriş olduqda tövsiyə olunur. Belə göstərişlərə körpənin əlverişsiz mövqedə olması, ana və ya körpədə ciddi sağlamlıq problemlərinin mövcudluğu, əvvəlki doğuşlarda komplikasiyaların yaşanması və körpənin iri ölçüdə olması daxildir. Keysəriyyə planlı olsa da, açıq cərrahiyyə olduğundan müəyyən risklər daşıyır və yalnız tibbi göstəriş əsasında seçilməlidir.
Qadınlar bu üsula üstünlük verərkən həm faydaları, həm də riskləri nəzərə almalıdır. Həkimlərin çoxu keysəriyyə can atır. Çünki bu digər doğuş növündən daha rahat və tezdir. Unutmamaq lazımdır ki, əməliyyat bütün hallarda pisdir. İnsan bədəninə müəyyən ziyanlar vurur”.
Leyla Turan
Demokrat.az
4Mənbələr
-
hurriyyet.azHəkimlərin çoxu keysəriyyə can atır — Ginekoloqdan İRAD ( 21460027)
-
gender.azHəkimlərin çoxu keysəriyyə can atır — Ginekoloqdan İRAD ( 21459616)
-
demokrat.azHəkimlərin çoxu keysəriyyə can atır Ginekoloqdan İRAD ( 21454999)
-
demokrat.azHəkimlərin çoxu keysəriyyə can atır — Ginekoloqdan İRAD ( 21454975)